esas1 1

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundakı “Karakurt” SES su anbarında suyun səviyyəsinin enməsi nəticəsində əvvəllər su altında qalmış Karakurt kəndi yenidən üzə çıxıb.

Globalinfo.az qafqazinfo-ya istinadən əbər verir ki, rayondan 28 kilometr məsafədə Dövlət Su İşləri (DSİ) tərəfindən inşa edilmiş “Karakurt” SES su anbarı 2020-ci il fevralın 8-də su toplamağa başladıqdan sonra kənd tamamilə su altında qalmışdı.

Son günlər suyun səviyyəsinin azalması və bənd qapılarının qismən açılması ilə sular çəkildikcə kənddəki evlər, məscid, kilsə və bəzi tarixi tikililər görünməyə başlayıb.

Qars–Ərzurum avtomobil yolunun üzərində yerləşən kənddə üzə çıxan binalar dronla lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

02e613d4 952e 4984 8576 e5c219edf86c
136b34a8 45dc 4626 9e21 ec324500bb6c
336f8485 edf5 4db7 85d3 6f261cb5200c
d40253c6 7158 46f5 af3b ac80a7717bd5
46dba6a3 0211 42fe a84c 189109aad564
37a4a2d1 34aa 4eac bc40 d7eb7dd4ec54

Paylaş: