yaponiya 2

“Yaponiyanın nüvə silahına malik olmamaqla bağlı üç prinsipindən imtina etməsini təsəvvür etmək çətindir”.

Globalinfo.az xəbər verir ki, bunu Tokio Universitetinin Dövlət Siyasəti Ali Məktəbinin professoru Kadzuто Suzuki deyib.

“Üç nüvəsiz prinsipin hamısının inkar edilməsi, dəyişdirilməsi və ya ləğv edilməsindən söhbət getmir. Buna görə də Yaponiya hər üç prinsipdən eyni vaxtda imtina etməyi nəzərdən keçirmir. Real baxımdan belə bir vəziyyəti təsəvvür etmək çətindir”, – professor bildirib.

Onun sözlərinə görə, Yaponiya istənilən halda nüvə silahı istehsal etməmək və ona sahib olmamaq prinsiplərinə əməl edəcək. Çünki ölkə dünyada nüvə silahının hərbi məqsədlə tətbiqindən zərər çəkmiş yeganə dövlətdir.

Suzuki əlavə edib ki, NATO-nun birgə nüvə missiyaları modelinə uyğun olaraq ABŞ-ın nüvə silahlarının Yaponiyada yerləşdirilməsi ideyası ətrafında müzakirələr aparılır. Lakin onun fikrincə, hazırkı mərhələdə belə bir ssenarini təsəvvür etmək çətindir.

Qeyd edək ki, Yaponiyanın nüvə silahı ilə bağlı üç prinsipi 1960-cı illərin sonlarından qüvvədədir. Bu prinsiplərə əsasən, Yaponiya nüvə silahına sahib olmaqdan, onu istehsal etməkdən və ölkə ərazisinə gətirilməsinə icazə verməkdən imtina edir.

Həmin prinsiplər 1967-ci ildə Yaponiyanın Baş naziri Eysaku Sato tərəfindən parlamentdəki çıxışı zamanı elan edilib. O dövrdə ABŞ-ın Okinava adasını Yaponiyaya qaytarması ilə bağlı danışıqlar aparılırdı. 1971-ci ildə isə parlament bu prinsipləri rəsmən təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: