Bu gün Ermənistanda 7 vilayətin 12 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
Globalinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, səhər saat 08:00-da başlayan səsvermə üçün 317 seçki məntəqəsi açılıb.
Məlumata görə, seçkilərdə iştirak etmək hüququna malik 233 494 vətəndaşın adı seçici siyahılarına daxil edilib. Seçicilərin qeydiyyatı üçün 522 texniki avadanlıqdan istifadə olunur.
Seçkilərin 10 icmada proporsional, iki icmada isə majoritar sistem üzrə keçirilməsi nəzərdə tutulub.
Proporsional sistemlə səsvermə Sevan, Noyemberyan, Spitak, Kapan, Aşotsk, Amasiya, Aştarak, Aparan, Baqramyan və Metsamor icmalarını əhatə edir.
Araqatsotn vilayətinin Arevut və Metsadzor icmalarında isə sakinlər fərdi namizədlərə səs verəcəklər.
Qeyd edək ki, seçkilərdə 11 siyasi qüvvə və blok iştirak edir.
Səsvermə saat 20:00-da başa çatacaq, bundan sonra səslərin hesablanmasına başlanılacaq.
Əliyar Xəlil
Globalinfo.az