2a8a0fee02ffacc

Ukrayna Rusiya ordusunun Berdyansk şəhərindəki “Rubikon” pilotsuz uçuş aparatı (PUA) bölməsinin yerləşdirilmə məntəqəsini vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Cənub Qüvvələr Qrupu məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində Rusiya ordusunun operatorlarının təlim keçdiyi təlim bazası, həmçinin şəxsi heyət və PUA-ların saxlanma yerləri məhv edilib.

İlkin hesablamalara görə, Rusiya qoşunlarının 30-dan çox hərbçisi həlak olub və 70-dək yaralı var.

Paylaş: