abs iran 99

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın ehtimal edilən yeni nüvə obyektinə zərbə endirməyi planlaşdırdığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Livan Prezidenti Cozef Aun ilə görüşü zamanı danışıb.

“Biz mütləq hücum edəcəyik. Mətbuatda haqqında danışılan yeni obyekti də vuracağıq”, – ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, İran hakimiyyətinin həmin obyekti bərpa etməyə cəhd göstərəcəyi ehtimalı var.

“Biz həmin yeri vuracağıq. Onların nüvə silahı ilə bağlı düşündüyü istənilən məkanı çox güclü şəkildə hədəfə alacağıq”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri həmçinin qeyd edib ki, İran görüş keçirmək istəyir. Lakin Vaşinqton Tehran ciddi dialoqa hazır olana qədər danışıqlarda maraqlı deyil.

Tramp bildirib ki, ABŞ İrana indiyədək görünməmiş dərəcədə zərbə vuraraq onu ciddi şəkildə zəiflədib. Buna baxmayaraq, Tehran hansısa yolla müəyyən yükləri İordaniya sərhədi vasitəsilə keçirməyə nail olub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: