2a8a0fee02ffacc

Ukrayna qüvvələri Rusiya ordusunun Berdyansk şəhərində yerləşən “Rubikon” pilotsuz uçuş aparatı (PUA) bölməsinin daimi yerləşdirilmə məntəqəsinə zərbə endirib.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Cənub Qüvvələr Qrupu məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində Rusiya ordusunun operatorlarının təlim keçdiyi təlim bazası, həmçinin şəxsi heyət və PUA-ların saxlanma yerləri məhv edilib.

İlkin hesablamalara görə, Rusiya qoşunlarının 30-dan çox hərbçisi həlak olub və 70-dək yaralı var.

Paylaş: