“ABŞ Prezidenti Donald Tramp Rusiya üçün “kiçik sürpriz hazırlayıram” deyərkən Ukraynaya silah tədarükünü, o cümlədən Patriot hava hücumundan müdafiə sistemini nəzərdə tuturdu”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Sürpriz” silahların çatdırılması olacaq. İndi deyirlər ki, ABŞ Ukrayna ordusuna Patriot sistemi, bəzi başqa silahlar verməyi düşünür”, – deyə o bildirib.
Qeyd edək ki, bir gün əvvəl Donald Tramp Rusiya üçün “kiçik sürpriz” təşkil etmək istədiyini söyləyib. O, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna münaqişəsi ilə bağlı hərəkətlərindən narazılığını bildirib.
Əliyar Xəlil
Globalinfo.az