1 2

Türkiyə Konstitusiya Məhkəməsi  İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun şikayətini rədd edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Belə ki, İmamoğlu şəxsi azadlıq və təhlükəsizlik hüququnun, eləcə də seçilmək və siyasi fəaliyyətdə iştirak etmək hüquqlarının pozulduğunu iddia edərək məhkəməyə müraciət etmişdi.

Xüsusilə həbs müddətinin uzun olması ilə bağlı şikayət üzrə qərar 14 hakimin lehinə, bir hakimin isə əleyhinə səs verməsi ilə qəbul edilib.

Beləliklə, Konstitusiya Məhkəməsi İmamoğlunun müraciətində göstərilən hüquq pozuntularının baş vermədiyi qənaətinə gəlib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: