isa

“Azərbaycan altı ildir ki, işğaldan azad olunmuş ərazilərin günlərini qeyd edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qətiyyətli addımları, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın birliyi nəticəsində bu gün həmin ərazilərin işğaldan azad olunma tarixlərini qeyd etmək imkanına sahibik. Hesab edirəm ki, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin bariz nümunəsidir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat xatırladıb ki, sabah Kəlbəcərin işğaldan azad olunmasının növbəti ilini qeyd edəcəyik:

“Vaxtilə AXCP-Müsavat cütlüyünün Kəlbəcəri təhvil verməsi nəticəsində nəinki Qarabağ, hətta Gəncə kimi böyük bir şəhər də işğal təhlükəsi ilə üz-üzə qalmışdı. Strateji əhəmiyyətə malik Kəlbəcərin itirilməsi gələcəkdə Qarabağın və işğal altında olan digər ərazilərimizin azad edilməsini də xeyli çətinləşdirirdi.

Yadımdadır, həmin dövrdə Kəlbəcərin müdafiəsinə, sərhədçilərimizə və döyüşçülərimizə dəstək vermək əvəzinə, o vaxtkı Ali Sovetin sədri İsa Qəmbər və dövlət katibi Əli Kərimli Kəlbəcərin icra başçısının toy mərasimində iştirak etmək üçün 1 həftəlik rayona getmişdilər. Nəticədə Kəlbəcər işğal altına düşdü.

Bu gün isə Azərbaycan Prezidentinin qətiyyəti və cəsarəti nəticəsində Kəlbəcər bir əsgər belə itki verilmədən işğaldan azad edilib. Azərbaycanın ən strateji və dağlıq bölgələrindən biri olan Kəlbəcər hazırda quruculuq, abadlıq və tikinti meydançasına çevrilib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: