WhatsApp Image 2026 11 24 at 11.25.23

Fotoda: Neha Bişt

Hindistanda məşhur blogerə evlilik təklifi etmək üçün evinə gedən kişi döyülərək öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Çennay şəhərinin sakini Abhinav sosial şəbəkələrdə bloger Neha Bişt ilə tanış olub və mütəmadi olaraq onun videolarını izləyib.

Gənc qadının başqa biri ilə evlənəcəyini öyrəndikdən sonra onu fikrindən daşındırmaq və özünə ərə getməyə razı salmaq üçün Yeni Dehliyə yollanıb.

Noyabrın 7-də Abhinav Biştin evinə gəlib. Blogerin sözlərinə görə, kişi icazəsiz şəkildə evə daxil olub və ailəsini hədələyib.

İstintaqın versiyasına görə, blogerin qohumları və qonşuları icazəsiz evə daxil olan şəxsi saxlayaraq döyüblər.

Ağır xəsarətlər alan Abhinav xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. O, döyüldükdən bir həftə sonra dünyasını dəyişib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: