Elmin İsa oğlu Fərəcov Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri təyin olunub.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Qeyd edək ki, Elmin Fərəcov 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 2002–2007-ci illərdə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alıb. 2011-ci ildən etibarən nazirlik sistemində məsləhətçi-hüquqşünas (2011–2016), Məşğulluq və miqrasiya şöbəsinin müdiri (2016–2021), Məşğulluq və əmək münasibətləri şöbəsinin müdiri (2021–2023) vəzifələrində işləyib.
Bu təyinatadək nazirliyin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib.