Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya parlamentini “diktatorlar klubu” adlandırıb və onun iclaslarını baş verənlərin görüntüsünü yaratmağa xidmət edən “Potyomkin kəndləri” ilə müqayisə edib.
Globalinfo.az-ın xəbərinə görə, nazir bu fikirləri Berlində NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı səsləndirib.
Vadeful bildirib ki, avtoritar rejimlərin dünyada yayılması fonunda bir çox ölkələrin parlamentləri artıq bu ada layiq deyil.
Onun sözlərinə görə, Rusiya da daxil olmaqla, bir sıra ölkələrdə parlament iclasları real siyasi müzakirələrdən daha çox diktatorların mövqelərini qorumağa xidmət edir.
Almaniyalı nazir çıxışında Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb. O, həmçinin Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini vurğulayıb.
Əliyar Xəlil