ABŞ Prezidenti Donald Tramp ölkənin miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə “Truth Social” platformasında yazıb.
Tramp bildirib ki, nəzarətsiz və açıq sərhədlər dövlətlərin təhlükəsizliyinə və sabitliyinə ciddi təhdid yaradır.
“Açıq sərhədlər dövlətləri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ da belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi”, – deyə o qeyd edib.
ABŞ prezidenti daha əvvəl də bəzi ölkələri, o cümlədən Avropadakı müttəfiqlərini miqrasiya məsələsində yumşaq mövqe tutduqlarına görə tənqid edib.
Xatırladaq ki, Tramp prezidentlik fəaliyyətinə başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb. O, həmçinin ABŞ tarixində ən genişmiqyaslı qanunsuz miqrant deportasiyasını həyata keçirmək niyyətində olduğunu açıqlayıb.
Tahir Turan
Globalinfo.az