mamdaninin basin toplantisinda olay goruntu 20451181 5337 sd

Nyu-York meri Zöhran Məmdaninin mətbuat konfransı zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, müzakirələrin mərkəzində Məmdaninin arxasında dayanan naməlum şəxs olub.

Belə ki, yayılan videoda həmin şəxsin gözlərində qeyri-adi dəyişiklik baş verdiyi diqqət çəkib. Kadrları izləyən bəzi sosial şəbəkə istifadəçiləri bu görüntüləri insanların arasına qarışdığı iddia edilən sürünənəbənzər varlıqlarla bağlı “reptilian” konspirasiya nəzəriyyəsi ilə əlaqələndiriblər.

Görüntülərdə diqqət çəkən digər məqam isə operatorun çəkiliş zamanı kameranı Məmdaniyə doğru yaxınlaşdırması olub. Bu dəyişiklikdən sonra arxa plandakı şəxs kadrdan çıxıb.

Hadisə ilə bağlı sosial şəbəkələrdə müxtəlif mülahizələr səsləndirilsə də, görüntülərdəki göz dəyişikliklərinin səbəbi və həmin şəxsin kimliyi barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, “reptilian” nəzəriyyəsi bəzi insanların insan görünüşlü sürünənəbənzər varlıqlar tərəfindən əvəz edildiyini və ya onların cəmiyyətə qarışdığını iddia edən konspirasiya nəzəriyyəsidir. Bu iddiaları təsdiqləyən elmi sübut mövcud deyil.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: