images 2026 11 22T131950.663

“2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanat qüvvədə qalmalıdır. Laçın dəhlizi Ermənistanla Qarabağ arasında sərbəst, təhlükəsiz və maneəsiz əlaqəni təmin etməlidir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri separatçı rejimin keçmiş dövlət naziri Njdeh İskəndəryan sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bəyanat tərəflərdən heç biri tərəfindən rəsmi şəkildə ləğv edilməyib və buna görə də sənəddə nəzərdə tutulan öhdəliklər diqqətdən kənarda saxlanıla bilməz.

İskəndəryan ədalət, hüquq və məsuliyyətin təmin olunmasını tələb edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: