tramvay

Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında, Düsseldorf şəhərində iki tramvayın toqquşması nəticəsində azı 27 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yerli xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, beş nəfər ağır yaralanıb. Xilasedicilər onların həyatına təhlükə olmadığını bildiriblər. Toqquşma zamanı iki vaqonda ümumilikdə 60-dan çox sərnişin olub. Daha 28 nəfərə hadisə yerində tibbi yardım göstərilib, lakin onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranmayıb.

Mütəxəssislər hadisənin ehtimal olunan səbəbləri sırasında tramvaylardan birinin səhv relsə çıxmasını göstərirlər. Araşdırılan versiyalar arasında oxun yanlış istiqamətə dəyişdirilməsi ehtimalı da var.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: