ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Krım körpüsünə hücumdan sonra Zelenskiyə ciddi qəzəbləndiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə NBC telekanalının jurnalisti Qeyb Qutyerres Trampın açıqlamasına istinadən məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Tramp Putinlə danışdığını və Rusiya liderinin körpüyə hücuma görə Zelenskiyə son dərəcə qəzəbli olduğunu deyib. ABŞ Prezidenti həmçinin Putinin bu hisslərini başa düşdüyünü vurğulayıb.
Qutyerresin sözlərinə görə, Trampın digər dövlət başçıları ilə apardığı söhbətlərdə əsas diqqət Ukraynadakı müharibəyə yönəlib, İranla müharibə isə demək olar ki, müzakirə olunmayıb.
Bundan başqa, Tramp Putin və Çin lideri Si Cinpinlə üçtərəfli görüşü uğurlu adlandıraraq, ona 10 üzərindən 12 bal verib.
ABŞ Prezidenti Çin lideri ilə süni intellekt və onun nəzarətdə saxlanılması məsələlərini də müzakirə etdiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.info