putin 3

Rusiya Prezidenti Vladimir Putin Avropanın Ukraynadakı münaqişəyə həqiqətən də son qoymaq istəyib-istəmədiyinə şübhə ilə yanaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə The New York Times (NYT) öz mənbələrinə istinadən məlumat yayıb.

“Ötən həftə ABŞ Prezidenti Donald Trampın nümayəndələri Vladimir Putinlə Kremldə görüşərkən, görüşün gedişindən xəbərdar olan iki mənbənin sözlərinə görə, Rusiya lideri Avropanın Ukraynadakı müharibəyə həqiqətən son qoymaq istəyib-istəmədiyini şübhə altına alıb”, – deyə nəşrin materialında bildirilir.

Nəşrin yazdığına görə, Putin buna sübut kimi Avropa ölkələrinin 2022-ci ilin martında İstanbulda hazırlanmış sülh sazişinin qarşısını aldığını xatırladıb.

Lakin mənbənin sözlərinə görə, ABŞ-ın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff avropalıları sülh danışıqlarında konstruktiv iştirakçılar kimi xarakterizə ediblər.

Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib ki, Avropa İttifaqının Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirakı məsələsinə Moskva Avropadan konstruktiv təkliflər aldıqdan sonra baxılacaq. Onun sözlərinə görə, Rusiya Avropanın mövqeyi ilə bağlı aydın siqnal almalıdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: