NATO-nun Ukraynanı üzvlüyə qəbul etməməsinin əsas səbəblərindən biri bunun alyans üçün ciddi təhlükəsizlik nəticələri yarada bilməsidir.
Globalinfo.az xəbər verir ki, bu barədə hərbi analitik Daniel Devis özünün “YouTube” kanalında danışıb.
Onun sözlərinə görə, NATO Ukraynanı sıralarına qəbul edərək onun müdafiəsi uğrunda müharibəyə qoşula bilər. Lakin alyans mümkün fəlakətli nəticələri nəzərə alaraq belə addımdan çəkinir.
Devis hesab edir ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiyaya qarşı birbaşa hərbi qarşıdurma və hətta nüvə münaqişəsi riskini artıra bilər.
Devisin fikrincə, Qərb ölkələri Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı iqtisadi, maliyyə və hərbi öhdəlikləri üzərinə götürməyə də hazır deyil. Buna görə də alyans daxilində Kiyevin üzvlüyü məsələsinə ciddi yanaşılmır.
Tahir Turan
Globalinfo.az