Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq görüşündə Andorra yığmasını məğlub edib.
Globalinfo.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib.
Enkamp şəhərində keçirilən qarşılaşmada Azərbaycan millisinin heyətində Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70, penaltidən) qol vurublar. Andorra yığmasının yeganə qoluna isə Rikard Fernandes (55) imza atıb.
Bu matç Azərbaycan millisinin kapitanı Emin Mahmudov üçün yığmanın heyətində sonuncu – 66-cı oyun olub.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteyn yığmasını 1:0 hesabı ilə məğlub edib.