Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
1991-ci il təvəllüdlü Lələyev Cahid Ələddin oğlu “Leo Palace”dan çıxaraq yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.