e966406b911b6ca9f696941c3053b47e 1

Ermənistan Dövlət Gəlirləri Komitəsinin və Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin əməkdaşları korrupsiya ittihamı ilə saxlanılıblar.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Cinayət işi bir qrup vəzifəli şəxsin külli miqdarda – 20 milyon dram (təxminən 95 120 manat) rüşvət alması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, həmçinin xüsusilə külli miqdarda vergidən yayınma halları ilə bağlıdır.

“Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin və Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla, bir sıra şəxslər saxlanılıblar”, – deyə komitənin məlumatında bildirilib.

Cinayət işi ilə bağlı digər təfərrüat hələlik açıqlanmayıb.

Paylaş: