Britaniyalı aktyor Robert Pattinson məşhur Ceyms Bond franşizasının yeni filmində baş qəhrəmanı canlandıracaq. O, bu rolda 2006-2021-ci illərdə “agent 007” obrazını canlandıran Deniel Kreyqi əvəz edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Amazon MGM Studios” şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasında bildirilib ki, Robert Pattinsonun Ceyms Bond roluna çəkilməsi məşhur kino franşizasının tarixində yeni dövrün başlanğıcı olacaq.
Qeyd edək ki, Deniel Kreyqin iştirakı ilə çəkilən sonuncu “Ölməyə vaxt yoxdur” filmi 2021-ci ildə ekranlara çıxıb.
Əliyar Xəlil