Bu gün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi nəqliyyat təyyarəsinin Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğramasından bir il ötür.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, 2025-ci il noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan təyyarə Gürcüstan ərazisində, Azərbaycan sərhədindən 5 kilometr məsafədə qəzaya uğrayıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin hadisə ilə bağlı ilkin hesabatını cari il aprelin 9-da açıqlayıb. Hesabatda bildirilib ki, təyyarənin qalıqlarından götürülən nümunələrin təhlillərində nə daxili, nə də xarici hissədə partlayıcı maddə qalığı aşkarlanmayıb.
“Qəza anına qədər rəqəmsal məlumat qeydləri göstərir ki, uçuş heyətinin söhbətlərində və təyyarənin sistemlərində hər şey normal qaydada olub, hər hansı nasazlıq aşkar edilməyib. Hadisənin qəfil baş verdiyi, quyruq konusunun gövdədən ayrılması səbəbindən Uçuş Məlumatları Qeydedicisinin (FDR) elektrik və məlumat kabelləri qopub, buna görə də qeyd cihazında qəzaya işıq sala biləcək əlavə məlumatlar tapılmayıb”, – deyə nazirliyin hesabatında qeyd olunub.
Qeyd edək ki, qəza nəticəsində 20 hərbçi şəhid olub.
Şəhid olan hərbçilərin adları:
1. Gökhan Korkmaz – pilot;
2. Serdar Uslu – Hava Qüvvələri zabiti;
3. Nihat İlgen – Hava Qüvvələri zabiti;
4. Cüneyt Kandemir – Hava Qüvvələri zabiti;
5. Emre Mercan – Təyyarə Təmiri baş leytenantı;
6. Nuri Özcan – Təyyarə Texniki baş çavuşu;
7. Ümit İnce – Hava Qüvvələri zabiti;
8. Burak Özkan – Hava Qüvvələri zabiti;
9. Emrah Kuran – Hava Qüvvələri zabiti;
10. Hamdi Armağan Kaplan – Hava Qüvvələri zabiti;
11. Akın Karakuş – Hava Qüvvələri zabiti;
12. İlker Aykut – Hərbi Hava Baş Qərargah rəisi;
13. Ramazan Yağız – Hava Qüvvələri zabiti;
14. Emre Altiok – Hava Qüvvələri zabiti;
15. Burak İbbiği – Hava Qüvvələri zabiti;
16. İlhan Ongan – Təyyarə Təmiri baş çavuşu;
17. Berkay Karaca – Hava Qüvvələri zabiti;
18. Ahmet Yaşar Kuyucu – Hava Qüvvələri zabiti;
19. Cem Dolapcı – Hava Qüvvələri zabiti;
20. Emre Sayın – Hava Qüvvələri zabiti.