1736671224 1

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ölkəsinin müharibə istəmədiyini, lakin mümkün təhdidlərə qarşı özünü müdafiə etməyə hazır olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Belə ki, Arif İranın mövcud təhlükəsizlik vəziyyətinə və gələcək strategiyasına dair açıqlamasında münaqişənin diplomatik yolla həll olunmasının qarşıdurmanın tamamilə başa çatması demək olmadığını vurğulayıb.

“Biz müharibə axtarmırıq, lakin özümüzü çox effektiv şəkildə müdafiə etməyi bacarırıq”, – deyə vitse-prezident bildirib.

Arifin sözlərinə görə, sülh əldə edilsə belə, İranın düşmənləri ilə qarşıdurması davam edəcək. Bu səbəbdən ölkə elmi və texnoloji sahədə imkanlarını genişləndirməli, strateji üstünlüyünü qoruyub saxlamalıdır.

O, həmçinin elm və texnologiyanın İranın müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Vitse-prezidentin fikrincə, ölkənin təhlükəsizliyinin təmin olunması üçün hərbi hazırlıqla yanaşı, elmi və texnoloji inkişaf da prioritet olaraq qalmalıdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: