“Ukrayna münaqişəsi dünyada təsir dairələrinin yenidən bölüşdürülməsindən sonra başa çatacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (SQ) keçmiş baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı deyib.
“Tarixən belə bölgü və qlobal razılaşmalar böyük müharibələrdən sonra meydana çıxır”, – deyə o bildirib.
Zalujnı, dünya liderlərinin böyük müharibə baş vermədən təsir dairələrini yenidən bölüşdürə biləcəklərinə əmin olmadığını vurğulayıb.
Bununla yanaşı, o, hazırkı Ukrayna münaqişəsini “qlobal müharibə” adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az