
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Əbu-Dabidəki üçtərəfli danışıqların ardından Rusiyaya səfər edə bilərlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərindən birinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, amerikalı nümayəndələrin Rusiya rəhbərliyi ilə görüş keçirməsi ehtimal olunur.
“ABŞ nümayəndələri Əbu-Dabidəki danışıqlardan sonra Rusiyada Prezident Vladimir Putinlə görüşə bilərlər”, – deyə mənbə bildirib.
Mümkün səfərin nə vaxt baş tutacağı və görüş zamanı hansı məsələlərin müzakirə ediləcəyi barədə hələlik məlumat verilməyib.
Əliyar Xəlil,