Gəncədə “BakuBus”a məxsus avtobus qəza törədib.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
“BakuBus”-a məxsus sərnişin avtobusu motosiklet sürən kuryerlə toqquşub. Nəticədə kuryer 2004-cü il təvəllüdlü R.Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.