alman

“2025-ci ildə Almaniyanı 288 579 ölkə vətəndaşı tərk edib. Bu, statistik müşahidələrin aparıldığı bütün dövr ərzində qeydə alınan ən yüksək göstəricidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına istinadən yazıb.

“Almanlar ən çox İsveçrə, Avstriya və İspaniyaya köçməyi seçiblər. Ölkəni tərk edənlərin təxminən üçdə ikisi 25–40 yaş aralığında olan şəxslərdir. Onların hər dörd nəfərindən üçü ali təhsilə və ya peşə ixtisasına malikdir. Bununla yanaşı, il ərzində Almaniyaya 191 890 nəfər gəlib”, – deyə bildirilib.

Qurumun məlumatına görə, bundan əvvəlki rekord 2016-cı ildə qeydə alınıb.

Həmin il Almaniyanı 281 411 vətəndaş tərk edib.

Nəşrin müəllifi ölkədən əhalinin axınının səbəbləri arasında iqtisadi vəziyyətdən narazılığı (işsizliyin artması, yüksək vergilər və sosial sığorta ödənişləri, göstərilən xidmətlərin keyfiyyətinin bu xərclərə uyğun olmaması), eləcə də hakimiyyətin siyasi kursunu göstərir.

Xüsusilə Berlinin Ukraynadakı hakimiyyətə dəstək üçün böyük məbləğdə vəsait xərcləməsi də narazılıq səbəblərindən biri kimi qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl Almaniyada miqrantların öz ölkələrinə qayıtması üçün ödənilən müavinətlərin artırılması təklif edilmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: