21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 9-dan 17-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, hazırlıq prosesi çərçivəsində komandamız Oman U-23 milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Görüşlər noyabrın 14-də və 17-də baş tutacaq.
Qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Millimizin heyətinə dəvət alan futbolçuların siyahısını təqdim edirik:
Sadiq Məmmədzadə (“İmişli”), Səlim Həşimov (“Gəncəbasar”), Teymur Həsənov (“Qarabağ”), Ceyhun Bağırzadə (“Şamaxı”), Elgün Dünyamaliyev (“Sabah”), Hüseyn Hüseynov (“Mingəçevir”), Timur Vəliyev (“Master-Saturn”), Məhəmməd Məhəmmədov (“Neftçi”), Həsən Məmmədli (“Rot-Vays Oberhausen”), Mikael Cəbrayılov (“İnter Barselona”), Allahverdi Rəhimov (“Zaqatala”), Elnur Mustafayev (“Mingəçevir”), Yusif Hacıyev (“Zirə”), Qədir Ramazanov (“Qəbələ”), Ceyhun Kəlbəliyev (“Şimal”), Dinamin Bağırov (“Gəncəbasar”), Cuma Hüseynov (“Qəbələ”), Elmar Məmmədov (“Şəfa”), Əli Xəlilov (“Aleksandriya”), Müzəffər Qurbanov (“Dnepr”), İlkin Cəfərli (“Sabah”), Elşən Hidayətov (“Baku Sporting”), Yusif Mehtiyev (“Lokomotiv”), Niyazi Osmanov (“Şimal”).
Qeyd edək ki, Nəriman Axundzadə millinin bundan əvvəlki toplanışında əsas yığmaya yox, formada olmadığı üçün U21-ə dəvət olunmuşdu. Amma onun adı bu dəfə U21 siyahısında da yoxdur.