mirzoyan yeni

Ermənistan və Türkiyə arasında birbaşa ticarət əməliyyatlarının rəsmiləşdirilməsinə başlanılıb.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı açıqlayıb.

Nazirin sözlərinə görə, indiyədək gömrük sənədlərində malların satışı formal olaraq üçüncü ölkələrə aid edilsə də, faktiki olaraq Ermənistanla Türkiyə arasında ticarət davam edib. Məhsullar əsasən Gürcüstan ərazisindən keçməklə daşınıb.

Mirzoyan sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsinə də toxunub. O bildirib ki, proses artıq elə bir mərhələyə çatıb ki, tərəflər istənilən vaxt sərhədlərin açılması və diplomatik əlaqələrin yaradılması istiqamətində addım ata bilərlər.

Paylaş: