Putin poker oynayır – Niinistyo

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə hər şeyini ortaya töküb”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistyo deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynadakı hərbi strategiyasını dəyişə bilər:

“Bu, sadəcə, əsgərlər arasında savaş deyil, həm də Ukrayna cəmiyyətinə, infrastrukturuna və sadə insanlara qarşı müharibədir. Putin poker oynayır və hər şeyini ortaya qoyub”.

S.Niinistyo Ukraynada vəziyyətin bir il əvvəl planlaşdırılandan daha pis olduğunu söyləyib.

Gülnar Səlimova
Globalinfo.az