wMEYLnroXWl78BPb

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş həyat yoldaşı Anna Akopyandan ayrılması ilə bağlı yayılan məqalələrə görə məhkəməyə müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Paşinyan jurnalist Anna Gevorkyana və “Iravunk Tert LLC” şirkətinə qarşı iddia qaldırıb. İddia məqalələrdə onun Anna Akopyandan ayrılmasının səbəbləri ilə bağlı böhtan xarakterli məlumatların dərc olunması ilə əlaqədardır.

Baş nazir həmin məlumatların təkzib edilməsini və cavabdehlərdən 4 milyon dram (təxminən 11 min dollar) təzminat tutulmasını tələb edir.

İddia ərizəsi 2026-cı il sentyabrın 30-da və oktyabrın 5-də yayımlanan materiallarla bağlıdır. Həmin məqalələrdə Paşinyan və Akopyanın birlikdə topladıqları kapitalı leqallaşdırmaq, əmlakı Akopyanın adına rəsmiləşdirmək və Avropada daşınmaz əmlak almaq niyyətində olduqları iddia edilib. Bu kontekstdə Parisin mərkəzində 5,7 milyon avro dəyərində ev alınması məsələsinə də toxunulub.

Materiallarda, həmçinin Akopyanın 2018–2020-ci illərdə İsveçrəyə səfərləri ilə pul vəsaitlərinin hərəkəti arasında mümkün əlaqənin olduğu irəli sürülüb.

Paşinyan yayılan məlumatları yalan və böhtan hesab edir. O, məhkəmə qərarı qüvvəyə mindikdən sonra beş iş günü ərzində cavabdehlərin eyni platformalarda təkzib yayımlamasını da tələb edir.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: