
Son günlər ərzində 101 əcnəbi Gürcüstandan deportasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb.
Bildirilib ki, deportasiya edilənlər arasında Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Türkmənistan, Hindistan, Filippin, Kuba, Özbəkistan, Belarus, Misir, İordaniya, Çin, Pakistan, Nepal, Keniya, Nigeriya, Əlcəzair və digər ölkələrin vətəndaşları var.
Qanunvericiliyə uyğun olaraq, deportasiya olunan şəxslərin Gürcüstana təkrar daxil olmasına qadağa qoyulub.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən indiyədək Miqrasiya Departamenti tərəfindən Gürcüstandan çıxarılan əcnəbilərin sayı 3 600 nəfəri ötüb.
Əliyar Xəlil,