imagesjpg

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Tehran və Vaşinqton arasında mümkün razılaşma ilə bağlı prosesdə yeni irəliləyişin qeydə alınmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə dövlət televiziyasına açıqlamasında danışıb.

Bəqainin sözlərinə görə, tərəflər arasında vasitəçilər vasitəsilə mesaj mübadiləsi əvvəlki qaydada davam edir.

İranlı rəsmi ABŞ-nin əvvəlki mövqeyinin Vaşinqton administrasiyasının diplomatiyaya səmimi yanaşdığına inanmaq üçün əsas yaratmadığını iddia edib.

“İran öz maraqlarını və legitim tələblərini təmin etmək, qarşı tərəfin təhdidlərini aradan qaldırmaq və regionda təhlükəsizliyi qorumaq məqsədilə diplomatik imkanlardan istifadə etməkdən imtina etməyib”, – deyə Bəqai vurğulayıb.

O, həmçinin İran silahlı qüvvələrinin mümkün hücumların qarşısını almaq və onlara güclü cavab vermək üçün yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: