
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq ölkə Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel barəsində cinayət işi başladıb.
Globalinfo.az xəbər verir ki, bu barədə SBU məlumat yayıb. Bildirilib ki, Mendel Ukraynaya qarşı informasiya-təxribat fəaliyyəti aparmaqda şübhəli bilinir.
Ona Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb. Bunlar hərbi vəziyyət dövründə dövlətə xəyanət, eləcə də Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandırmaq və onun iştirakçılarını təbliğ etmək maddələridir.
SBU-nun iddiasına görə, Mendel ictimai çıxışlarında və sosial şəbəkə paylaşımlarında Ukraynanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışıb, həmçinin Rusiyanın müharibəsinə haqq qazandıran mövqedən çıxış edib.
Əliyar Xəlil,