HƏMAS: Qəzzada atəşkəs iki dövlətdən asılıdır

“Qəzzada atəşkəsin əldə olunması ABŞ və İsrailin əlindədir”.

Globalinfo.az xəbər verir ki, bunu HƏMAS-ın yüksək rütbəli rəsmisi Bassem Naim “NBC News”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qahirədəki danışıqlarda girovların azad edilməsi ilə bağlı yeni saziş təklifi təqdim edildikdən sonra ABŞ atəşkəsə nail olmaq üçün İsrailə təzyiq göstərməlidir.

Həmas nümayəndə heyəti Misirin paytaxtında vasitəçilərlə danışıqların yeni raundunda iştirak edib və indi İsraildən cavab gözləyir.

“İndi amerikalılar İsrailə kifayət qədər təzyiq göstərməlidirlər. Ramazana qədər atəşkəsə nail olmaq lazımdır”.

Qeyd edək ki, HƏMAS-ın sağ olan girovların tam siyahısını İsrailə verməməsi səbəbindən Təl-Əviv Qəzza zolağında atəşkəs danışıqlarını boykot edib.

Əliyar Xəlil
Globalinfo.az