kMhA22wMtvwFqVRp1i7eSr79Hmzb9mWlJWL0w7OU 1200

Türkiyənin Şişli əyalətindəki Heydər Əliyev Parkında yerləşən büstün götürüləcəyi və parkın yerində mədəniyyət mərkəzi tikiləcəyi ilə bağlı iddialar təkzib edilib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Şişli Bələdiyyəsinin sözügedən ərazi ilə bağlı hər hansı işi yoxdur və belə bir layihə gündəmdə deyil.

Mərkəz qeyd edib ki, köhnə və əsassız iddiaların yayılması Azərbaycan–Türkiyə münasibətlərini hədəfə alan təxribat və dezinformasiya xarakteri daşıyır.

Paylaşımda ictimaiyyətə bu cür iddialara etibar etməməklə bağlı çağırış edilib.

6aea0073c05a16aea0073c05a217937204356aea0073c059f6aea0073c05a0

Paylaş: