lukasenko 1

Dünya şəkər və bitki yağı çatışmazlığının astanasındadır.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib ki, qlobal ərzaq bazarındakı vəziyyətlə bağlı narahatlığını ifadə edərək bəzi məhsulların qıtlaşa biləcəyini bildirib.

Lukaşenko bu barədə Minskdə Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxla danışıqlar zamanı danışıb. O, dünyada ərzaq qiymətlərinin artdığını və bir sıra məhsullar üzrə çatışmazlıq riskinin yarandığını qeyd edib.

“Dünya hazırda, xüsusən də şəkər və bitki yağı çatışmazlığının astanasındadır. Ərzaq qiymətləri son dörd ilin ən yüksək həddinə çatıb. Amma daha çox şey var. Bu baxımdan Belarusa etibar edə bilərsiniz”, – deyə Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, ölkəsi Monqolustanın ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verməyə hazırdır. O deyib ki, bu məqsədlə Belarus südçülük fermalarının tikintisini sürətləndirməyi və öz kənd təsərrüfatı texnologiyalarının Monqolustana ötürülməsini genişləndirməyi planlaşdırır.

Tahir Turan
Globalinfo.az

Paylaş: