Moskvada oktyabrın 27-dən 29-dək mobil internet xidmətinin fəaliyyəti müvəqqəti olaraq dayandırıla bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeyd olunan tarixlərdə paytaxt sakinləri mobil internetə çıxışla bağlı çətinliklərlə üzləşə bilərlər.
Bu isə mesajlaşma tətbiqlərindən istifadə, sosial şəbəkələrə daxil olmaq və internet üzərindən müxtəlif xidmətlərdən yararlanmaq imkanlarına təsir göstərə bilər.
Bununla belə, mümkün məhdudiyyətlərin hansı əraziləri əhatə edəcəyi, bütün mobil operatorlara şamil olunub-olunmayacağı və ev interneti xidmətlərinə təsir edib-etməyəcəyi barədə ətraflı məlumat verilməyib.
Tahir Turan
Globalinfo.az