tramp 1

ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı “konkret irəliləyiş” əldə olunacağı təqdirdə Tehrana qarşı tətbiq edilən bəzi sanksiyaları yumşaltmağa hazır olduğu bildirilir.

Globalinfo.az “Axios”un ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Vaşinqton həmçinin İranın dondurulmuş vəsaitlərinin sərbəst buraxılması məsələsinə də baxa bilər.

Məlumata görə, mümkün güzəştlər İranın nüvə proqramı ilə bağlı konkret addımlar atmasından asılı olacaq. ABŞ tərəfi bunun müqabilində Tehranın nüvə fəaliyyəti ilə bağlı müəyyən öhdəliklər götürməsini gözləyir.

Beləliklə, tərəflər arasında mümkün razılaşmanın əsas istiqamətlərindən birinin İranın nüvə proqramına dair öhdəliklər və bunun qarşılığında iqtisadi məhdudiyyətlərin yumşaldılması olduğu bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: