
İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdəki cari vəziyyətlə bağlı sərt açıqlama verərək, bölgədə sülhün qeyri-mümkün olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, nazir mövcud gərginliyin tək bir nöqtə ilə məhdudlaşmayacağını vurğulayıb.
Onun sözlərinə görə, müharibə uzun müddət davam edəcək:
“Bölgənin bir hissəsində müharibə aparıb, digər hissəsində sülh və sakitlik gözləmək qeyri-mümkündür”.
Əraqçi münaqişənin yalnız bütün cəbhələrdə eyni vaxtda başa çatacağı təqdirdə nizamana biləcəyini qeyd edib.
O, əks halda Yaxın Şərqin tam və nəzarətsiz qeyri-sabitlik dalğası ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Tahir Turan
Globalinfo.az