ABŞ-ın keçmiş prezidenti Barak Obama ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki zövqünü və qızıl rəngli dəbdəbəyə marağını istehza ilə tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Trampın dövründə Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada “Cheesecake Factory” restoranlar şəbəkəsi açıb”, – Obama bildirib.
Keçmiş prezident ABŞ-ın hazırkı rəhbərliyini də qeyri-ciddi davranmaqda ittiham edib.
Onun sözlərinə görə, indiki dövrdə hakimiyyətdə olanları insanlara dəstək göstərməkdən və onların problemlərinin həllinə kömək etməkdən daha çox nümayişkaranə davranış, güc nümayişi, yazışmalar və başqalarını alçaltmaq maraqlandırır.
Safura Bənnayeva
Globalinfo.az