“Ukrayna Prezidenti Volodomir Zelenski İsveçrənin Davos şəhərinə səfəri zamanı Kiyevə kömək göstərilməsini istəyib”.
Globalinfo.az xəbər verir ki, bunu jurnalist Denni Hayfonq özünün Yutube bloqunda bildirib.
“Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Zelenski özünü tam axmaq vəziyyətinə qoydu”, – deyə jurnalist vurğulayıb.
Hayfonqun fikrincə, Ukrayna lideri bu dəfə Qərbdə ümid və ruh yüksəkliyi yarad bilməyib.
Jurnalist Zelenskinin İsveçrəyə yeni anti-Rusiya sanksiyalarının tətbiqini tələb etmək üçün gəldiyini deyib.
Xatırladaq ki, yanvarın 15-də Zelenski Moskvaya qarşı sanksiyaları müzakirə etmək üçün Davosa səfər edib.
Əliyar Xəlil
Globalinfo.az