1778233750966 crystal palace iuhy

İngiltərə Premyer Liqasında (EPL) son illərin ən uzun məsafədən qolu vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

Belə ki, “Brayton”un paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes 2017-ci ildən bəri ən uzun məsafədən qolun müəllifi olub. O, matçın yeddinci dəqiqəsində 51 metr məsafədən qol vurub.

Matç “Brayton”un “Kristal Pelas”a üzərində 5:0 hesabı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 2017-ci ilin noyabrında Ueyn Runi “Everton”un heyətində “Vest Hem”ə qarşı oyunda 58 metr məsafədən qol vurmuşdu.

Paylaş: