Şəhriyar ikinci görüşdə də məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, tərübəli qrossmeyster 3-cü turda hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 31-ci gedişdə sülhə razılaşıb. Görüş heç-heçə ilə başa çatdığından armageddon oynanılıb və Azərbaycan təmsilçisi 55-ci gedişdə rəqibinə uduzub.

Bu, Şəhriyarın ardıcıl 2-ci məğlubiyyəti olub. O, 2-ci turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə bacarmayıb.

Məmmədyarov hələlik 2,5 xalla 9-cu pillədə qərarlaşıb. Digər oyunların nəticəsindən asılı olaraq, onun mövqeyi dəyişə bilər. Aktivində 4,5 xalı olan Qukeş isə 2-3-cü yerləri bölüşdürür.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.