xankendi ermeniler

“Dünən Xankəndidən mənə yazmışdılar. Deyirlər ki, Ermənistan xalqının onları dəstəkləyəcəyini gözləyirdilər, amma xəyal qırıqlığına uğrayıblar”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist və ekspert Hasmik Babacanyan qeyd edib.

Ekspert bildirib ki, Xankəndi erməniləri Sünikin (Zəngəzur) qismən Azərbaycana biləşdirildiyini söyləyirlər:

“Onlar Sünikdə baş verənlərdən kədərləndiklərini bildirirlər. Sünikin Azərbaycana təslim edildiyini, Teq kəndinin Azərbaycana birləşdiriləcəyini deyirlər. Xankəndidə yerli kəndidlərin məskunlaşdığı “Tqstı məhəlləsi” var. Bəlkə də, Ermənistandan “artsaxa” gəlməsinlər deyə yolu bağlayırlar”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: