Baki ozel 3 scaled

Oktyabrın 15-də Bakıda Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII sammiti keçiriləcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, sammitdə üzv və müşahidəçi dövlətlərin, eləcə də müşahidəçi və tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Təşkilata 28 üzv dövlət var: Azərbaycan, Əfqanıstan, Bəhreyn, Banqladeş, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Qətər, Cənubi Koreya, Rusiya, Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam.

Belarus, İndoneziya, Yaponiya, Laos, Malayziya, Filippin, Səudiyyə Ərəbistanı, Türkmənistan, Ukrayna və ABŞ isə təşkilatın müşahidəçi dövlətləridir.

Müşahidəçi təşkilatlar sırasında isə BMT, Beynəlxalq Miqrasiya Təşkilatı, ATƏT, Ərəb Dövlətləri Liqası və Türkdilli Dövlətlərin Parlament Assambleyası var.

Sammitdə iştirak etmək üçün Laos Prezidenti Thonqlun Sisulit, Kamboca Baş naziri Hun Manet, Hindistan xarici işlər naziri Kirti Vardhan Sinqhin Bakıya gəldikləri məlumdur.

Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin əl-Mərar, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Fələstinin xarici işlər naziri Varsen Aqabekyan Şahin Çin xarici işlər naziri Van Yi, Pakistan Baş naziri Şahbaz Şərifin də Bakıya səfər edəcəkləri rəsmən elan edilib.

Paylaş: