pasinyan 99 900x600 1

“Ermənistanın ərazisi 29 min 743 kvadratkilometr olmalıdır”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, sərhədlərin delimitasiya və demarkasiyasının Alma-Ata Bəyannaməsi əsasında aparılmasının vacibliyini vurğulayıb:

“Bu məntiqə əsasən, sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır. Yəni Ermənistan və Azərbaycan müvafiq olaraq dəqiq ölçülərə uyğun ərazilərin mübadiləsini həyata keçirməlidir”.

Baş nazir açıqlamasında sülhün hansı prinsiplər əsasında qurulmalı olduğuna dair fikirlərini bölüşüb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: