turkiye puasi

Moskvaya 24 saat ərzində 493 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dronlardan 180-i paytaxtın yaxınlığında məhv edilib.

Məlumata görə, hücumlar fonunda Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib. Moskva ətrafında bəzi yaşayış evlərinə ziyan dəyib, bir nəfər həlak olub.

Hücumlar səbəbindən Vnukovo və Şeremetyevo hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Bir sıra reyslər ləğv olunub, digərləri isə alternativ hava limanlarına yönləndirilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: